Çinlilər internetin filtrasiya prosesini ləğv ediblər
İnternetə senzura nəzərdə tutan sistemin tətbiq olunacağı tarix hələ məlum deyil
Çin hakimiyyəti 2009-cu il 1 iyul tarixinə nəzərdə tutulan internetin milli filtrasiya sisteminin tətbiqini təxirə salıb. ANS PRESS-in “Franc Press”ə istinadən verdiyi xəbərə görə, Çin rəhbərliyinin sərəncamına əsasən, iyulun 1-dən satışa buraxılan bütün kompüterlərin bəzi müəyyən saytlara daxil olmanın qarşısını alan müvafiq proqram ilə təchiz edilməsi planlaşdırılırdı.
Alıcılara, xüsusilə bu sistemə malik kompüterlər və ya müvafiq proqram təminatlı diskləri almaq təklif olunurdu.
Lakin son anda yeni sistemin tətbiqi təxirə salınıb, çünki, iri kompüter istehsalçıları hakimiyyətin qərarını nəzərdə tutan vaxtadək icra edə bilməyəcəklərini bəyan ediblər.
İnternetə senzura nəzərdə tutan sistemin tətbiq olunacağı tarix hələ açıqlanmır.
/ANS PRESS/
|