Milli Orduya Yardım Fonduna nə qədər pul toplanıb?
7 ildə cəmi 4 milyon manat!
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu günə qədər 4 mln. 305 min 294 manat və 95 min 792 dollar, 594 avro vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, mayın 10-da Heydər Əliyev Mükafatına layiq görülən YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın pul mükafatı Silahlı Qüvvələrin Yardım Fonduna köçürülüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin fərmanı ilə 2002-ci il avqustun 17-də yaradılıb. Fondun vəsaiti respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin ianələri və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalar hesabına formalaşır.
Fondun məqsədi Silahlı Qüvvələrin maddi-texniki bazasını gücləndirməyə və möhkəmləndirməyə kömək göstərməkdir.
Trend
|