Natəvan Ələkbərova Dünya Mədəniyyətlər Kraliçası gözəllik müsabiqəsində ikinci oldu
Küveytli gözəl eyni zamanda "İzmir gözəli" adına layiq görülüb
Türkiyənin İzmir Hilton Otelində Dünya Mədəniyyətlər Kraliçası Gözəlik müsabiqəsi keçirilib. "İhlas" xəbər agentliyinin məlumatına görə, müsabiqədə Norveçi təmsil edən Mey Britt Censen birinci, Küveyti təmsil edən Natəvan Ələkbərova isə ikinci, Tatarıstan gözəli Əliyə Matkazina isə üçüncü olub. N. ƏIəkbərova isə eyni zamanda İzmir Gözəli seçilib. 19 ölkə gözəlinin qatıldığı gecədə Ukraynadan olan iştirakçı, 22 yaşlı Mariya Lioliya Kupçus "Ən Yaxşı Kostyum Gözəli" adını qazanıb. Hindistan gözəli Sairə Kaur "Dostluq Gözəli" ünvanına layiq görülüb. Yunanlı gözəl Vircinia Ramona Stanesku "Sülh Gözəli" seçilib.
/ANS PRESS/
|