Siyahıya ötən bir il ərzində 25 milyon dollar qazanan Jizel Bundhen başçılıq edir
Dünyanın ən çox pul qazanan modellərinin siyahısı açıqlanıb. Siyahıda ilk yeri Cizel Bundhen tutur. Braziliyalı model jurnalların üz qabığından düşmür və artıq üç ildir ki, dünyanın ən çox qazanan top-modeli hesab olunur. Onun qazancına həm podiumdakı rəqibləri, həm də peşəkar iqtisadçılar həsəd aırır. Cizel Bundhen, 2008-ci ilin iyunundan 2009-cu ilin iyununadək 25 milyon dollar qazanıb. O, qadın alt paltarı markası “Victoria's Secret”lə müqaviləni pozmasa, daha büdcəsini daha 10 milyon dollar artıra bilərmiş.
Siyahıda ikinci yeri 25 yaşlı almaniyalı Haydi Klum tutur. O, yaşının çoxluğuna baxmayaraq hələ də müxtəlif malları uğurla reklam edir və yüksək oeytinqli telefouların aparıdısıdır. Haydi Klum “Victoria's Secret”in üzüdür, eləcə də “Diet Coke”, “Volkswagen”, “In An Instant” və digər brendləri reklam edir. O, ötən bir il ərzində 16 milyon dollar qazanıb.
Top-modellərin siyahısında ilk üçlüyü Keyt Moss tamamlayır. Onun illik gəliri 8,5 milyon dollar olub.