Bu gün «Avroviziya-2009» müsabiqəsinin birinci yarımfinalıdır
Bu mərhələdə 19 ölkə çıxış edəcək
Bu gün Rusiyanın paytaxtı Moskvada 54-cü “Avroviziya-2009” müsabiqəsinin birinci yarımfinal mərhələsi keçiriləcək. 42 ölkənin təmsil olunduğu müsabiqənin yarımfinalında Çernoqoriya, Çexiya, Belçika, Belarus, İsveç, Andorra, İsveçrə, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina, Ermənistan nümayəndələri çıxış edəcək.
Qeyd edək ki, ikinci yarmfinal mərhələsi mayın 14-də, final isə mayın 16-da olacaq.
Müsabiqədə Azərbaycanı təmsil edəcək Aysel və Araş isə «Always» mahnısı ilə 2-ci yarımfinalda səhnəyə çıxacaqlar.
/ANS PRESS/
|