Sumqayıtda Ermənistan bayrağı yandırılıb
Sumqayıt Dövlət Universiteti və Müəllimlər İnstitutunun tələbələrinin keçirdiyi aksiyada "işğala son qoyulsun","Ermənistana ölüm" şüarları səsləndirilib
Şuşanın işğal günündə Sumqayıtda, Nizami meydanı adlanan yerdə etiraz aksiyası keçirilib. Sumqayıt Dövlət Universiteti və Müəllimlər İnstitutunun tələbələri beynəlxalq ictimaiyyətdən erməni işğalına son qoyulmasını tələb ediblər. Aksiyada "işğala son qoyulsun", "Ermənistana ölüm" şüarları səsləndirildikdən sonra Ermənistanın bayrağına od vurulub. Tələbələrin etiraz aksiyası dinc şəraitdə keçsə də, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün tələbələrdən 9-u 4-cü polis bölməsi tərəfindən saxlanılıb. İzahatları alındıqdan sonra onlar sərbəst buraxılıblar.
/ANS TV/
|