Fox televiziyası Obamanın mətbuat konfransını yayımlamaqdan imtina edib
Kanal serial əvəzinə mətbuat konfransını verərək reklamdan əldə olunacaq gəliri itirmək istəmir
Amerikanin dörd əsas böyük televiziya kanallarından biri olan Fox ABŞ prezidenti Barak Obamanın mətbuat konfransını yayımlamaqdan imtina edib. Bu barədə "Gazeta.ru" məlumat verib.
Ənənəyə görə, bütün dörd kanal- "Fox", ABC, NBC və CBS, həmçinin kabel xəbər kanalları Obamanın mətbuat – konfransını yayımlayırlar.
Ruper Merdok Xəbərlər Kooperasiyasına daxil olan, Obamanın fəaliyyətinin tənqidi formada işıqlandıran Fox kanalı, bu dəfə Ağ evdə prezidentin mətbuat konfransını yayımlamaq xahişini rədd edib. Qeyri- rəsmi mənbəyə görə, kanal serial əvəzinə Obamanın mətbuat konfransını verərək reklamdan əldə olunacaq gəliri itirmək istəmir.
/ANSPRESS/
|