Hollandiyalı qadının zarafatı iki ölkənin polisini ayağa qaldırıb
35 yaşlı qadın öz dostuna zarafatla oğurlandığını yazıb və genişmiqyaslı axtarış tədbirləri keçirilib
Hollandiya və Almaniyanın onlarla polisi guya oğurlanmış qadının axtarışı üçün əməliyyat keçirib. Hollandiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Loppersyum şəhərciyinin 35 yaşlı sakini öz dostuna qısa mesaj yazaraq, iki naməlum kişinin hücumuna məruz qaldığını və avtomobilin yük yerində saxlanıldığını yazıb. İsmarışı alan şəxs dərhal polisə müraciət edib və dərhal genişmiqyaslı axtarış tədbirləri başlayıb. Məlum olub ki, SMS Almaniyadan göndərilib və alman polisi də əməliyyata cəlb edilib.
Lakin günün sonunda oğurlandığı güman edilən qadın öz şəxsi avtomobili ilə Almaniyanın Vyursburq şəhərinin kənarında sağ-salamat və heç bir problemsiz tapılıb. Məlum olub ki, o, oğurlandığı barədə xəbər verməklə öz dostu ilə zarafatlaşmaq istəyib. İndi zarafat həfəskarı əməliyyata sərf olunmuş vəsaiti ödəməli olacaq.
/ANS PRESS/
|