Sezen Aksu ayaqqabı ustası imiş+Foto
Bu yaz ayaqqabılar “Minik sərçə”dən təqdim olunacaq
Türkiyənin tanınmış müğənnisi Sezen Aksu boş vaxtlarında ayaqqabılar düzəldir, onları brilyant qaşlarla bəzəyib, dostlarına hədiyyə edirmiş. Lent az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Aksu son bir ildə hazırladığı ayaqqabıları üzə çıxaracaq və dostlarına hədiyyə edəcək.
Sezen Aksunun dostlarına hədiyyə edəcəyi ayaqqabılar yaz ayaqqabılarıdır. Canlı və diqqət çəkən qızılı rəngdə olan bu ayaqqabılar gecə geyimlərində istifadə olunur. 2009 il mövsüimü üçün dəb olacağı ehtimal olunan bu ayaqqablar əl işi olduğu, məhz Sezen Aksu tərəfindən hazırlandığı, brilyantla bəzəndiyi üçün qiyməti 1000-5000 lirə (500-2500 manat) arasındadır.
Lalə Yusifqızı
LENT.AZ
|