Verba volant, scripta manent!
Пятница, 13.12.2024, 22:01
Меню сайта
Статистика
Главная » 2009 » Апрель » 7 » Çelik Azerbaycan vetendaşı olmaq üçün müraciet edib!+Video
19:11
Çelik Azerbaycan vetendaşı olmaq üçün müraciet edib!+Video

celikÇelik Azərbaycan vətəndaşı olmaq üçün müraciət edib!+video

 

“Üzərimdə silah gəzdirirəm”

 

Xeyli müddətdir Bakıda yaşayan məşhur türk müğənni Çelik Türkiyənin “Hürriyyət” qəzetinə verdiyi müsahibədə maraqlı açıqlamalarla çıxış edib. Lent.az-ın məlumatına görə, Çelik burada müvəqqəti yaşamaq üçün icazə aldığını deyərək, Azərbaycan Respublikasının vətəndaşı olmaq üçün əlaqədar qurumlara müraciət etdiyini bildirib.

 

Müğənni bunu hələ də təhdid alması ilə izah edib: “Türkiyədə yaşamağım çox çətindir. Azərbaycanda yaşamaq qərarına gəlmişəm. Oğlumdan ayrıldım, sevgilimdən ayrıldım. İndi də ölmədiyimiz üçün günahlandırırlar. Bundan böyük zülm olarmı?”

 520

Çelik son vaxtlarda mətbuatda silahının olması barədə çıxan xəbərlərin isə doğru olduğunu bildirib: “Üzərimdə silah gəzdirirəm. İcazəli silahım və bir də tüfəngim var. Aldığım təhdidlərlə bağlı dövlətimin valisinə məlumat verdim. Ancaq mənə mühafizəçi ayırmağı məsləhət görmədi. Mən də özümü və ailəmi qorumağın yollarını axtarmağa başladım”.

 

O, adının məşhur türk aktrisası, teleaparıcı Seray Severlə birlikdə çəkilməsinə icazə verməsinin səbəblərini açıqlayıb və sonradan Seray Severi təhdid edərək ona “ayaqqabı söhbəti” şifrəli mesaj göndərdiyini də etiraf edib. Müğənni oğlunun anası – Buketdən necə ayrılması barədə də danışıb: “İhsan Güven öldürülən vaxt Buket 7 aylıq hamiləydi. Həmin vaxtlar bir proqram təklifi gəldi. İyrənc bir proqram idi, ancaq imic düzəltmək üçün həmin proqrama qatılmaq məcburiyyətindəydim. Proqramı Seray Sever aparırdı. Onu da deyim ki, həmin vaxtlar Seray albom da çıxarmaq istəyirdi. Haqqımda bu cür xəbərlərin yayılmasının əvvəlcədən qarşısını ala biləcəyimi düşünərək ona “sənin üçün albom çıxaracam” dedim. Ancaq çox keçmədi ki, mediada eşq yaşamaq söhbətləri başladı. Seray mətbuata xəbər çıxarmaq məsələsini çox gözəl bilirdi. Mən də digər xəbərlərdən qurtarmaq üçün məndən istifadə etməsinə icazə verdim.

Məqsədim bir ildən sonra Buketlə barışmaq idi. Amma Buket bir gün Serayın reportaj təklifini qəbul etdi. Səhəri gün ona zəng vurarkən isə “sənə nifrət edirəm” deyib telefonu söndürdü. Seray ona bizim evlənəcəyimizi və uşağımız olacağını söyləyibmiş... O, Buketə söylədiyi şeylərlə məni çox incitdi. Əgər bu xəbərlərdən sonra daha bir kəlmə də danışsa ona ayaqqabılardan danışaram. Ayaqqabı məsələsini oxusa mənim mesajımı alar! Bəli, bu tam bir təhdiddir. Mənə etdiyi şeylərə dözə biləcək durumda deyiləm, onu əzib keçərəm” – deyə, Çelik şok açıqlamalarını bitirib.

 

Pərvin ABBASOV

 

LENT.AZ

Просмотров: 2818 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024