Afrikada yad uşağı əmizdirməklə ABŞ-da qalmaqal yaratdı
Klip: Məşhur meksikalı aktrisa Salma Hayek tetanus virusuna qarşı peyvəndləməyə dəstək kompaniyası çərçivəsində Syerra Leon səfəri zamanı afrikalı qadının körpəsini əmizdirmək qərarına gəlib. Qaynar.info-nun “Time” qəzetinə istinadən verdiyi xəbərə görə, bu hadisə ABC telekompaniyasının kameraları tərəfindən çəkilib və qalmaqalın əsası qoyulub.
S. Hayek bu addımı Afrikada uşaqları əmizdirməyə qoyulmuş tabuya etiraz əlaməti olaraq atdığını vurğulayıb.
İş burasındadır ki, Afrikada körpələri əmizdirmək seksual həyata zidd hesab olunduğundan əksər analar uşaqları ana südündən erkən ayırır ki, bu da körpələrin ac qalmasına səbəb olur.
Əgər Afrikada uşağı əmizdirməyə tabu qoyulubsa, ABŞ-da yad körpəni əmizdirmək xoşagəlməz hərəkət hesab edilir. Ona görə də S. Hayekin bu hərəkəti ABŞ mətbuatında böyük rezonans doğurub. Bir çoxları hətta belə iddia edib ki, bu hərəkət aktrisanın səhhətinə pis təsir edə, hətta onun xəstəliyə yoluxmasına səbəb ola bilər. Digər tərəfdən isə Mothering.com saytında yüzlərlə qadın Hollivud ulduzunun bu hərəkətinə heyran olduğunu və onu alqışladığını bildirib.