Verba volant, scripta manent!
Пятница, 26.04.2024, 07:45
Меню сайта
Статистика
Главная » 2009 » Июнь » 4 » İranın Azərbaycana irad bildirməyə ixtiyarı yoxdur
13:01
İranın Azərbaycana irad bildirməyə ixtiyarı yoxdur

ali hesenovƏli Həsənov: “İranın Azərbaycana irad bildirməyə ixtiyarı yoxdur”

Prezident Aparatının şöbə müdiri: “Biz İranın işğalçı dövlətlə dostluq münasibəti saxlamasına bəyanat verməmişik”

Azərbaycan Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İranın İsrail prezidenti Şimon Peresin ölkəmizə səfərini pisləyən bəyanatına münasibətini açıqlayıb.


Lent.az-ın məlumatına görə, Ə.Həsənov jurnalistlərə açıqlamasında belə bəyanatlara Azərbaycan tərəfinin münasibətinin pis olduğunu bildirib. “Biz Azərbaycan dövləti olaraq, dəfələrlə bəyan etmişik ki, heç bir dövlətin, o cümlədən, qonşu dövlətlərin bu və ya digər məsələlərdə daxili və xarici siyasətinə qarışmır, müdaxilə etmirik. O cümlədən, biz özümüz də arzu etmirik ki, başqa dövlət Azərbaycanın daxili və ya xarici siyasətinə müdaxilə etsin, onun bu və ya digər fəaliyyətinə təsir göstərməyə çalışsın”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın bu və ya digər addımlarına müdaxilə etməyə, onunla bağlı fikir söyləməyə heç bir dövlətə imkan verilməyəcək: “Fikir söyləmək onların işidir. Biz dəfələrlə bildirmişik ki, İran Azərbaycan torpaqlarını işğal edən, Azərbaycanın bir milyondan artıq insanını didərgin salan, neçə illərdir, çadır düşərgələrində yaşamağa məcbur edən bir dövlətlə strateji dostluq münasibəti saxlayır. Bu, müsəlmanlığa, qonşuluq prinsiplərinə, beynəlxalq hüquqa ziddir. Lakin buna görə biz İrana bəyanat verməmişik, sadəcə, fikir bildirmişik. İranın da Azərbaycanın xarici siyasəti ilə bağlı irad bildirməyə ixtiyarı yoxdur. Biz İranla münasibətlərimizi belə qururuq. İran ərazisindən Azərbaycan əleyhinə, Azərbaycan ərazisindən isə İran əleyhinə istifadə olunmasın. İran siyasətindən Azərbaycana ziyan gəlməsin, Azərbaycan siyasətindən də İrana ziyan dəyməsin”.

LENT.AZ

 

Просмотров: 1166 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024