Verba volant, scripta manent!
Пятница, 29.03.2024, 17:55
Меню сайта
Статистика
Главная » 2009 » Май » 30 » Bu gün orta məktəblərdə “Son zəng”dir
10:19
Bu gün orta məktəblərdə “Son zəng”dir

son zengBu gün orta məktəblərdə “Son zəng”dir

 

Asayişi təmin etmək üçün paytaxtda bir çox qurumlar gücləndirilmiş iş rejimində çalışacaq

 

Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində son zəng çalınacaq. Bununla əlaqədar paytaxtda bir çox qurumlar gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin asayişi təmin etmək üçün paytaxt polisi səhər saat 08.00-dən axşam saat 22.00-dək orta ümumtəhsil məktəblərini, park və meydanları nəzarətdə saxlayacaq. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin sözlərinə görə, idarədə bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Belə ki, paytaxtın bütün orta ümumtəhsil məktəblərinin ətrafında polis dəstələri olacaq.

“Son zəng”də məktəblilərin və paytaxt sakinlərinin daha çox üz tutduğu ünvan dənizkənarı Milli park olduğundan Səbayel Rayon Polis İdarəsi də müəyyən profilaktik tədbirlər görüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də tədbirlə əlaqədar olaraq BŞBPİ ilə əlaqəli sürətdə işləyəcək. Onlar yollarda avtoxuliqanlıq hallarının baş verməməsi üçün tədbirin sonuna qədər mərkəzi küçə və prospektlərini nəzarətdə saxlayacaqlar.

 /ANS TV/

Просмотров: 1620 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024