Verba volant, scripta manent!
Четверг, 25.04.2024, 20:14
Меню сайта
Статистика
Главная » 2009 » Май » 19 » "Eurovision-2009" təmsilçimiz Aysel ilk konsertini Türkiyədə verəcək
00:12
"Eurovision-2009" təmsilçimiz Aysel ilk konsertini Türkiyədə verəcək

arash"Eurovision-2009" təmsilçimiz Aysel ilk konsertini Türkiyədə verəcək

Müğənni yaxın vaxtlarda Türkiyəyə gedəcəyini və konsertlə bu xalqa təşəkkür edəcəyini bildirib

 

"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycana 3-cü yeri qazandıran Aysel Teymurzadə ilk konsertini Türkiyədə verəcək. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı müğənni Türkiyənin "Hürriyyət" qəzetinə verdiyi müsahibədə bildirib.

 

Sənətçi Türkiyənin Azərbaycana dəstək verəcəyindən əmin olduğunu deyib: "Türk xalqının bizə dəstək verəcəyindən əmin idim. Biz həmişə türk xalqına qardaş gözü ilə baxırıq".

 

Müğənni daha sonra yaxın vaxtlarda Türkiyəyə gedəcəyini və konsertlə bu xalqa təşəkkür edəcəyini də bildirib: "Türkiyəyə gəlməyi çox istəyirəm. Çünki ən böyük dəstək aldığım ölkə Türkiyədir. Türk xalqına təşəkkür etmək istəyirəm. İlk konsertimi də Türkiyədə verəcəyəm. İki ölkə arasındakı dostluğun əbədiyyətə qədər davam etməsini istəyirəm".

 /ANS PRESS/

Просмотров: 1528 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024