Verba volant, scripta manent!
Среда, 17.04.2024, 03:40
Меню сайта
Статистика
Главная » 2009 » Апрель » 23 » Londonda dünyanın en bahalı kostyumu satıldı
14:34
Londonda dünyanın en bahalı kostyumu satıldı

londonLondonda dünyanın ən bahalı kostyumu satıldı

 

Almaz düyməli kostyuma görə 70 min funt sterlinq ödənilib

 

Londonda “dünyanın ən bahalı yunundan” hazırlandığı reklam edilən kostyum satılıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, kostyuma 70 min funt sterlinq ödənilib.

 

Dizayner Aleksandr Amosu hazırlanması üçün Cənubi Amerika vikunyası (lama cinsindən olan heyvan) və Arktika muskus öküzünün yunundan istifadə edilən materialdan kostyum tikib. Hər iki yun növü öz-özlüyündə kifayət qədər bahadır. Kostyumun düymələri almaz və qızıldan hazırlanıb.

 

Kostyum Londonda keçirilən xüsusi gecə zamanı satılıb. Alıcının adı gizli saxlanılır. Amos alqı-satqıdan razı qaldığını vurğulayıb: “Mən qəti əminəm ki, iqtisadi böhrana baxmayaraq, kompromisi olmayan mallara tələbat qalmaqdadır”.

 

“The Daily Telegraph” yazır ki, kostyum gecəyə xüsusi zirehli “Range Rover” avtomobilində gətirilib. Gecə özü isə ünvanı jurnalistlərdən və ictimaiyyətdən gizli saxlanılan klubda keçirilib.

 

Aleksandr Amosu mobil telefonlar üçün bəzəkli üzlüklər düzəltməklə milyonçu olub. Hazırda o, ən varlı və məşhur müştərilər üçün əşyalar yaradan dizayner kimi məşhurdur.

 

LENT.AZ

Просмотров: 1926 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024