Verba volant, scripta manent!
Суббота, 27.04.2024, 05:00
Меню сайта
Статистика
Главная » 2009 » Апрель » 18 » Hadise: "Azerbaycan hemişe mene destek verib"
13:34
Hadise: "Azerbaycan hemişe mene destek verib"

hadiseHadisə: "Azərbaycan həmişə mənə dəstək verib"

 

 "Eurovision-2009" yarışmasında Türkiyəni təmsil edəcək müğənni Hadisəylə müsahibə

 

- Belə deyirlər ki, "Eurovision" sənətdən çox siyasət yarışıdır. Türkiyə təmsilçisinin bu yarışda qazana biləcəyi nəticələrlə bağlı düşüncəniz necədir? Şansınızı necə dəyərləndirirsiniz?

- "Eurovision" bir mahnı yarışmasıdır, amma çox təəssüf ki, bəzən səsverməyə siyasət də təsir edir. Hər kəsi bu vəziyyətdən uzaqlaşmağa və bu müsabiqənin mahnı yarışması olduğunu xatırlamağa səsləyirəm. Təbliğat xarakterli turnelərimiz başlayandan çox müsbət reaksiyalar görürük, insanlar bizə mahnımızı bəyəndiklərini hiss etdirirlər. Ümid edirəm ki, bu münasibət SMS-lərə də öz təsirini göstərəcək.

 

- Hansı ölkələrdən daha çox səs gözləyirsiniz?

- Mahnımızı bəyənən hər ölkədən səs gözləyirəm. Turnemizdə 20-yə yaxın ölkədə olduq və çox bəyənildik. O ölkələrin hamısının dəstəyinə ümid edirəm.

 

- Yəqin ki, rəqiblərinizi izləyirsiniz. Ən güclü rəqib olaraq kimi və ya kimləri görürsünüz?

- Əlbəttə, "Eurovision" bir mahnı müsabiqəsidir, amma biz əvvəlcədən diqqətimizi öz mahnımıza və öz uğurumuza yönəltmişik. Bütün iştirakçı ölkələr kimi biz də yarışda yer tutmaq istəyirik. Əsas məqsədimiz səhnədə hamıdan yaxşı olmaq, illər keçəndən sonra da yaddaşlardan silinməməkdir.

 

- Azərbaycanı yarışda təmsil edəcək Aysel Teymurzadəni izləmisinizmi? Onu necə dəyərləndirirsiniz?

 

- Bəli, izləmişəm. Onun çox bacarıqlı olduğunu düşünürəm. “Həmişə” (“Alweys”) mahnısını da çox bəyəndim, dinamik və gözəl mahnıdır. Sizin saytınız vasitəsilə də onlara uğurlar diləyirəm.

 

- “Konsert vermək istədiyim ölkələr var” demişdiniz. Azərbaycan da bu sırada yer alırmı?

- "Eurovision-2009" ərəfəsində son konsertimizi mayın 1-də Azərbaycanda verməyi planlaşdırırıq. Müsabiqədən sonra yenə Azərbaycana getmək və orada konsert vermək istəyirəm.

 

- Bu ərəfədə Azərbaycan tamaşaçılarına mesajınız varmı?

İndiyə qədər Azərbaycan həmişə mənə dəstək verib və indi də məni dəstəkləməkdə davam edir. Mahnımızı bəyənən hər kəsi mayın 12-də ekran qarşısına, bizi dəstəkləməyə çağırıram. İnanıram ki, sənət bütün dünyada dostluğu daha da artırır. Mayın 1-də konsertdə Azərbaycan xalqı ilə bir yerdə olacağım üçün çox sevinir və həyəcanlanıram. Mənə bu müsahibədə Azərbaycan xalqına müraciət etmək imkanı yaratdığınız üçün sizə də çox təşəkkür edirəm. Hər kəsə sevgilərimi yollayıram.

 

Mediaforum.az

Просмотров: 1712 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024