Verba volant, scripta manent!
Среда, 24.04.2024, 00:17
Меню сайта
Статистика
Главная » 2009 » Апрель » 10 » Emin Ağalarov yeni albom üzerinde işleyir+video
16:16
Emin Ağalarov yeni albom üzerinde işleyir+video

Emin AgalarovEmin Ağalarov yeni albom üzərində işləyir+video

 

Albom may ayının sonu, iyun ayının əvəllərində işıq üzü görəcək

 

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov yeni albom üzərində işləyir. Albom may ayının sonu, iyun ayının əvvəllərində işıq üzü görəcək. E. Ağalarovun RİA Novosti-yə verdiyi məlumata görə, alboma 10 müəllif mahnısı və 60-70-ci illərin hitlərinin kaver-versiyası daxil ediləcək. «Hər şey çox maraqlı olacaq. Hər bir insan etdiyi işin əvvəlkindən daha yaxşı olmasını arzu edir. Mənim musiqimə qulaq asanlar təəccüblənəcəklər», deyə E. Ağalarov qeyd edib.

İfaçı sayca dördüncü olan yeni alboma Tom Ceksonun və uşaqlıqdan pərəstiş etdiyi Elvis Preslinin mahnılarnı da daxil edəcəyini qeyd edib. «Mən xarici ifa tərzimlə Elvisə oxşamaq istərdim. Düzdür müəyyən vaxtdan sonra heç kimə oxşamaq istəmirsən. Buna baxmayaraq, mənim ona nə ilə isə oxşamağımı eşitmək xoşdur. Amma mən Elvis yox, Eminəm».

Qeyd edək ki, Emin Ağalarov tanınmış iş adamı, "Krokus İnternəşnl" QSC-nin kommersiya direktoru və Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın həyat yoldaşıdır. Onun musiqi karyerası 2006-cı ildə «Still» albomunun işıq üzü görməsi ilə başlayıb. Emin mahnılarını özü yazır və özü ifa edir. Onun ikinci albomu «Incredible», 2008-ci ilin avqust ayında çıxan üçüncü albomu isə «Obsession» adlanıb.

 

 /ANS PRESS/

Просмотров: 2385 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024