Verba volant, scripta manent!
Вторник, 23.04.2024, 12:58
Меню сайта
Статистика
Главная » 2009 » Апрель » 9 » Kağız pul neden hazırlanır?
21:54
Kağız pul neden hazırlanır?

dollarKağız pul nədən hazırlanır?

 

Dolların cırılması üçün onun bir neçə min dəfə qatlanıb-açılması lazımdır

 

Məlum olduğu kimi, kağız ilk dəfə Çində ixtira edilib. Bu səbəbdən də ilk kağız pul da Şərqdə istifadəyə verilib. Qərb ölkələrində kağız əskinaslar XVII əsrin sonlarında dövriyyəyə buraxılıb. Onun yayılması kapitalist quruluşunun formalaşması ilə bağlıdır. Həmin vaxt iqtisadi artım tempi daha əlverişli pul dövriyyəsinə tələbatı artırırdı. Məhz kağız əskinaslar tələbata tam cavab verirdi.

 

XVIII əsrdə kağız əskinaslar artıq bütün Avropada istifadə olunurdu. Amma kağız əskinasların da mənfi cəhətləri var idi. Çox istifadə edildiyindən tez yararsız vəziyyətə düşürdü. Hazırda bu problem "kağızın keyfiyyətini" artırmaqla aradan qaldırılır.

 

Məsələn, ABŞ dolları 75 faiz pambıq, 25 faiz kətandan ibarətdir. Bundan başqa, əskinaslar sintetik liflərlə möhkəmləndirilib. Dolların cırılması üçün onun bir neçə min dəfə qatlanıb-açılması lazımdır. Avstraliya, Braziliya, Çin, Rumıniya və bir sıra xarici ölkələrdə əskinaslar xüsusi plastik kütlədən hazırlanır. İndi pullarda onun saxtalaşdırılmasının qarşısını almaq üçün qoruyucu elementlərdən istifadə edirlər.

 

// Üç Nöqtə

Просмотров: 7770 | Добавил: como | Рейтинг: 2.8/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024