Verba volant, scripta manent!
Пятница, 26.04.2024, 21:29
Меню сайта
Статистика
Главная » 2009 » Март » 28 » Serdar Ortacın konserti martın 29-na qaldı+video
13:47
Serdar Ortacın konserti martın 29-na qaldı+video

serdar ortacSərdar Ortacın konserti martın 29-na qaldı+video

Türkiyəli müğənni Sərdar Ortacın martın 28-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konserti bir gün sonraya keçirilib.

 

Konsertin təşkilatçısı “Səs Organization”un mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konsertin martın 29-da keçirilməsinə müğənnini Bakıya gətirəcək təyyarə reysində problem yaranması səbəb olub.

 

Sərdar Ortacın Bakıya gəlişi sabah, yəni martın 28-də saat 17:00-da gerçəkləşəcək. Konsertdən bir gün əvvəl axşamçağı Bakıya gələcək müğənninin şəhər gəzintisi də nəzərdə tutulur.

 

Mətbuat xidmətinin məlumatına görə, konsertə bilet alan tamaşaçılar martın 29-da heç bir problemlə üzləşməyəcəklər: “Uzun müddətdir ki, Sərdar Ortac Bakı konsertinə çox ciddi hazırlaşır. Konsert mütləq martın 29-da gerçəkləşəcək. Tamaşaçılar bununla bağlı narahat olmasınlar. Bütün tamaşaçıları martın 29-da Heydər Əliyev Sarayında gözləyirik”.

 

Xatırladaq ki, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac martın 28-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməli idi. Hazırlanan xüsusi konsert isə martın 29-da, elə eyni saatda təqdim olunacaq. Sərdar Ortac iki saata yaxın Bakıdakı pərəstişkarların qarşısında sevilən mahnılarını ifa edəcək. Müğənni repertuarındakı 4 mahnını Azərbaycanın “Cəngi” rəqs qrupunun müşayiəti ilə təqdim edəcək.

 

LENT.AZ

Просмотров: 1931 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024