Verba volant, scripta manent!
Пятница, 26.04.2024, 08:32
Меню сайта
Статистика
Главная » 2009 » Март » 25 » Bryus Uills özünden 22 yaş kiçik modelle evlendi+Video
20:25
Bryus Uills özünden 22 yaş kiçik modelle evlendi+Video

weddingBryus Uills özündən 22 yaş kiçik modellə evləndi+Video

 

Toyda aktyorun keçmiş həyat yoldaşı və 3 qızı da iştirak edib

Hollivud ulduzu Bryus Uills martın 22-də model Emma Heminqlə evlənib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bəyin 54, gəlinin isə 32 yaşı var.

 

Aktyorun nümayəndəsi bildirib ki, Karib hövzəsi adalarından birində keçirilən mərasimdə Bryus Uillsin keçmiş həyat yoldaşı, aktrisa Demi Mur, onların üç qızı, eləcə də Murun yeni həyat yoldaşı Eşton Katçer iştirak ediblər.

 

Qeyd edək ki, toy mərasimi barədə ilk dəfə martın 19-da məlumat verilib. Lakin Uillsin nümayəndələri bundan sonra da şərh verməkdən imtina ediblər. "Victorias Secret" alt paltarının reklamı kampaniyasından məşhur olan Emma Heminq isə ümumiyyətlə heç bir açıqlama vermir.

 

Bryus Uills və Demi Mur 1987-ci ildə evləniblər, 2000-ci ildə isə boşanıblar. Onların üç qızı var - 20 yaşlı Rumor, 17 yaşlı Skaut və 15 yaşlı Tallula Bell. Keçmiş həyat yoldaşları ayrılmalarına baxmayaraq dost münasibətlərini qoruyub saxlayıblar.

 

LENT.AZ

 

 

Просмотров: 1536 | Добавил: como | Теги: Bryus Uills | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024