Verba volant, scripta manent!
Пятница, 26.04.2024, 10:03
Меню сайта
Статистика
Главная » 2009 » Март » 23 » “Eurovision” mahnımızın klipi nümayiş olundu+VIDEO
12:25
“Eurovision” mahnımızın klipi nümayiş olundu+VIDEO

aysel & Arash“Eurovision” mahnımızın klipi nümayiş olundu+VIDEO

 

Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi “Always” (“Hər zaman”) mahnısına Ukraynada çəkilən klip artıq İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) efirində nümayiş olunub.

 

Qeyd edək ki, klip barədə daha əvvəl APA-ya açıqlama verən “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli klipin çəkilişlərinə İsveç mütəxəssislərinin cəlb olunmasında yanılmadıqlarını bildirib: “Klip çox yüksək səviyyədə və dünya standartlarına cavab verəcək formada hazırlanıb. Klipə cəlb olunan isveçli mütəxəssislər bizi hisslərimizdə heç də yanıltmadılar. Klip üzərində bir neçə gün iş aparılıb, çəkilişləri isə bir günə gerçəkləşib. Klipin nədən bəhs etdiyini hələ açıqlamaq istəmirik. Onsuz da sabah nümayiş olunacaq və tamaşaçılar bunu görəcək. Sabahdan sonra isə artıq klipin digər ölkələrin televiziya kanallarında nümayişini nəzərdə tuturuq. Artıq bir neçə ölkə ilə danışıqlar olub”.

 

 

 

LENT.AZ

Просмотров: 1508 | Добавил: como | Теги: Eurovision, clip | Рейтинг: 4.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024