Verba volant, scripta manent!
Пятница, 29.03.2024, 10:13
Меню сайта
Статистика
Главная » 2009 » Март » 19 » Martın 20-de Qoşa Qala qapısının qarşısında bayram şenliyi olacaq
17:04
Martın 20-de Qoşa Qala qapısının qarşısında bayram şenliyi olacaq

old cityMartın 20-də Qoşa Qala qapısının qarşısında bayram şənliyi olacaq

Qoşa Qala qapısından başlayaraq Qız Qalasına qədər Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunacaq

 

Novruz bayramıyla əlaqədar sabah səhərdən paytaxtda və ölkənin iri şəhər və rayonlarında bayram şənlikləri keçiriləcək. Bakıda saat 10:00-dan etibarən Qoşa Qala qapısının qarşısında bayram şənliyi başlanacaq. Konsert proqramında milli kollektiv və estrada ulduzları çıxış edəcək. İçərişəhərdə isə Qoşa Qala qapısından başlayaraq Qız Qalasına qədər Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunacaq. Burada həmçinin el sənətkarlarının əl işləri nümayiş olunmaqla yanaşı, aşıqlar, muğam ustaları, meyxanaçıları, pəhləvanlar, kəndirbazlar, güləşçilər, rəqs kollektivləri çıxış edəcək.

Sabahdan polis də güclənidirilmiş rejimdə işləyəcək. Onlar martın 29-dək şənliklərin keçiriləcəyi yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlər görəcəklər. Bundan başqa su, hava, dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı metropolitenində, xarici ölkələrin diplomatik nümayəndəliklərində və digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə gücləndiriləcək.

/ANS TV/

Просмотров: 2155 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024