Verba volant, scripta manent!
Четверг, 28.03.2024, 13:09
Меню сайта
Статистика
Главная » 2009 » Март » 18 » Aysel ve Araş “Eurovision-2009”da 12-ci nömre ile çıxış edecekler
17:54
Aysel ve Araş “Eurovision-2009”da 12-ci nömre ile çıxış edecekler

eurovision 2009Aysel və Araş “Eurovision-2009”da 12-ci nömrə ilə çıxış edəcəklər

 

Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri mayın 14-də II yarımfinalda 12 nömrəsi altında çıxış edəcəklər.

“Eurovision” müsabiqəsinin rəsmi internet saytının yaydığı xəbərə görə, martın 16-da Moskvada çıxış edəcək ölkələrin püşkatma mərasimi keçirilib. Müsabiqədə 42 ölkənin iştirakı qərara alınıb. Püşkatmada nəticəsində mayın 12-də keçiriləcək I yarım finalda – Çernoqoriya 1-ci, Çexiya 2-ci, Belçika 3-cü, Belarus 4-cü, İsveç 5-ci, Ermənistan 6-cı, Andorra 7-ci, İsveçrə 8-ci, Türkiyə 9-cu, İsrail 10-cu, Bolqarıstan 11-ci, İslandiya 12-ci, Makedoniya 13-cü, Rumıniya 14-cü, Finlandiya 15-ci, Portuqaliya 16-cı, Malta 17-ci, Bosniya və Hersoqovina 18-ci sırada çıxış edəcəyi məlum olub.

Mayın 14-də keçiriləcək II yarımfinalda isə Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland təmsilçiləri çıxış edəcəklər. Birbaşa final mərhələsində iştirak etmək hüququ qazanan beş ölkənin də final mərhələsindəki sıra nömrəsi məlum olub. Mayın 16-da keçiriləcək final mərhələsində Fransa 3, Rusiya 10, Almaniya 17, Böyük Britaniya 23 və İspaniya təmsilçisi 25 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Avropa Yayım Birliyi Gürcüstanın bu müsabiqədə iştirakdan imtina etməsi qərarını qəbul edib. arash

Lent.az

Просмотров: 1749 | Добавил: como | Теги: Arash | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024