Verba volant, scripta manent!
Пятница, 19.04.2024, 06:01
Меню сайта
Статистика
Главная » 2009 » Март » 10 » Gürcüstanın teqdim etdiyi mahnı «Avroviziya-2009»-a buraxılmadı
00:54
Gürcüstanın teqdim etdiyi mahnı «Avroviziya-2009»-a buraxılmadı

GeorgiaGürcüstanın təqdim etdiyi mahnı «Avroviziya-2009»-a buraxılmadı
Avropa Yayım Şurası «We don’t wanna Put in» mahnısının mətninin siyasi məna daşıdığını bildirib

Gürcüstanın «Avroviziya-2009» üçün təqdim etdiyi mahnının sözləri yarışın qaydalarına ziddir. ANS PRESS, Avropa Yayım Şurasının rəsmi internet saytına istinadən xəbər verir ki, Şura Gürcüstana mahnının adını və mətninin dəyişdirilməsini və ya müsabiqə üçün başqa mahnı seçilməsini təklif edib. Bunun üçün martın 16-nadək vaxt verilib. Həmin günədək iştirakçı ölkələrin hamısı iştirakçıları müsabiqəyə təqdim etməlidirlər.
Xatırladaq ki, Gürcüstanın seçim komissiyası «Avroviziya-2009»-un yarımfinal mərhələsinə «Stefane və 3G» qrupunu göndərmək barədə qərar qəbul edib. Qrup, müsabiqədə «We don’t wanna Put in» («Biz Putini istəmirik» kimi səslənir) mahnısı ilə təmsil olunmalıydı. İfaçıların özləri də açıq şəkildə bəyan etmişdilər ki, mahnını Rusiyanın siyasətinə etiraz əlaməti olaraq seçiblər. Georgia1
Avropa Yayım Şurasının qərarından sonra Gürcüstan tərəfi bildirib ki, hazırda qrupp üzvləri xaricdədirlər və Tiflisə martın 11-də qayıdacaqlar. Qərarla bağlı müvafiq addımlar da məhz qrupp üzvləri qayıtdıqdan sonra atılacaq.
  
Просмотров: 1437 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024