Verba volant, scripta manent!
Вторник, 23.04.2024, 21:13
Меню сайта
Статистика
Главная » 2009 » Март » 4 » “Eurovision-2009”
21:57
“Eurovision-2009”

Azərbaycan təmsilçilərinin "Eurovision-2009”-da ifa edəcəyi "Always” mahnısı tam hazırdır -

Bu ilin mayında Moskvada keçiriləcək "Eurovision-2009” mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi "Always” ("Hər zaman”) mahnısının son variantı hazırdır.

 

APA-nın məlumatına görə, təmsilçilərimizin bu yarışmada ifa edəcəyi mahnı artıq internetdə də yerləşdirilib.

 

"Always” mahnısının müəllifi əslən Cənubi Azərbaycandan olan Araşdır. Sözügedən mahnı "Eurovision”un şərtlərinə görə üç dəqiqədən ibarətdir. Araş bu yarışmada Azərbaycan təmsilçisi Aysel Teymurzadənin duet ortağı kimi çıxış edəcək. Yaxın vaxtlarda isə artıq mahnının klip çəkilişlərinə start veriləcək.

 

"Eurovision”un rəsmi internet saytında İctimai Televiziya və Radio Verilişləri Şirkətinə (İTV) istinadən bildirilir ki, sözügedən mahnı Avropa musiqinin Azərbaycanın milli musiqisi ilə sintezidir. Belə ki, "Always” ("Hər zaman”) mahnısında Azərbaycanın milli musiqi alətlərindən istifadə olunub. Araşın sözlərinə görə, mahnının bu cür hazırlanması onun ideyası olub. O, bu kompozisiyanın belə hazırlanmasını əvvəldən düşündüyünü də açıqlayıb. Mahnının müəllifi olan Araş hesab edir ki, bu mahnının Azərbaycan musiqisi ilə assosiasiya olunması əsas məsələdir. Mahnının əvvəlində Azərbaycan milli aləti olan tarın ifasını səslənir. Məlumatda bildirilir ki, mahnının səsyazma prosesində Azərbaycan tarzəni Sahib Paşazadə iştirak edib. Aysel Teymurzadə isə bu mahnının Azərbaycana uğur gətirəcəyinin əminliyini vurğulayıb. Eyni zamanda Azərbaycan təmsilçisi "Eurovision-2009” səhnəsində duet ortağı Araşla birgə ifa edəcəyi "Always” mahnısının onda romantik hisslər oyatdığını deyib.

 

Xatırladaq ki, Azərbaycan 54 ildir keçirilən "Eurovision” müsabiqəsində ikinci dəfə iştirak edəcək. Ötən il bu müsabiqədə Azərbaycan Elnur Hüseynov və Samir Cavadzadə "Day after day” kompozisiyası ilə təmsil olunub. "Eurovision-2008” mahnı müsabiqəsində Azərbaycan 43 ölkə arasında 8-ci yeri tutub.
 

 

 

 

LENT.AZ

Просмотров: 1435 | Добавил: como | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Архив
Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024