Verba volant, scripta manent!
Четверг, 25.04.2024, 02:20
Меню сайта
Категории раздела
Автомобили [0] Бизнес и финансы [6]
KARABAKH [12]
GARABAĞ HƏGİGƏTLƏRİ ПРАВДА О КАРАБАХЕ
Azerbaijan [5]
Azərbaycan saytları.
Компьютеры [0] Культура и искусство [0]
Медицина и здоровье [0] Наука и образование [0]
Непознанное [0] Новости и СМИ [14]
Статистика
Главная » Каталог сайтов » Azerbaijan

Azal.az
http://azal.az/ 10.04.2009, 22:03
"AZƏRBAYCAN HAVA YOLLARI" - aviaşirkət haqqında
Azərbaycan Respublikasında sərnişin aviadaşımalarının tarixi bizi 1923-cü ilə, Bakı ilə Tiflis arasında Almaniyada istehsal olunmuş "Yunkers" tipli hava gəmilərilə sərnişindaşınma uçuşlarının yerinə yetirilməsi başlanan vaxta gətirib çıxarır. Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə olunan zamandan əvvəl "Azərbaycan Hava Yolları" Milli Aviadaşıyıcı "Aeroflot"-un bir hissəsi idi. Beynəlxalq uçuşların yerinə yetirilməsi "Aeroflot"-un monopoliyası olduğuna görə, "Azərbaycan Hava Yolları" Milli Aviadaşıyıcı "Aeroflot"-un bir bölməsi kimi yalnız Sovet İttifaqı daxilində olan regional və yerli uçuşları yerinə yetirirdi. İndi isə müstəqil Azərbaycanın milli aviaşirkəti kimi "Azərbaycan Hava Yolları" beynəlxalq aviadaşımalar bazarında öz müştərilərinə İCAO və İATA-nın standartlarına və təkliflərinə uyğun olan yüksək səviyyəli xidmət və öz qonaqpərvərliyini göstərməyi ilə fəxr edir. Coğrafi mövqe üstünlüyünə və yüksək səviyyəli xidmətlərinə görə Heydər Əliyev Beynəlxalq Hava Limanı sürətlə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit və transfer uçuşlarının gərgin qovşağına çevrilməkdədir. 09.10.2000-ci ildə Aviaşirkətin birinci yeni Boinq 757-200 tipli hava gəmisi Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında yerə endi və bu "Azərbaycan Hava Yolları"-nın tarixində əlamətdar bir hadisə idi. O zamandan bəri "Azərbaycan Hava Yollları"-nın hava gəmiləri parkı Boinqlərlə, Aerobuslarla mükəmməl olaraq təzələnmiş və yeni Aerobusların alınması barədə Airbus Industry ilə imzalanmış müqavilə əsasında 2005-ci ildən aviaşirkətin hava xətlərində bu hava gəmiləri də xidmət edəcəklər - ilk Aerobus A-319 tipli hava gəmisinə Azərbaycanın ikinci şəhəri olan "GƏNCƏ"-nin adı verilmişdir. Həmin hava gəmisi Azərbaycan Hava Yollarının hava gəmisi parkına 2 sentyabr 2005-ci il tarixində əlavə olunmuşdur. АТР hava gəmilərinin alınması barəsində Fransanın Avions de Transport Regional şirkəti ilə imzalanmış saziş əsasında, 24 avqust 2007-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında, "Azərbaycan Hava Yolları" Milli Aviadaşıyıcı əldə olunmuş altı təyyarədən birini təntənəli surətdə qəbul etmişdir.
Hava gəmiləri parkının təzələnməsi "Azərbaycan Hava Yolları"-na beynəlxalq uçuşların şəbəkəsinin genişləndirilməsinə və sərnişinlərə azərbaycanlıların ənənəvi dostluq və mehribanlıq münasibətləri ilə birlikdə yüksək səviyyəli xidmətlərin göstərilməsinə imkan verir.
Переходов: 528 | Добавил: como | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск по сайту


Друзья сайта
  • Azerbaijan
  • My Azerbaijan
  • ATC
  • Karabakh War
  • Karabakh Doc
  • Justice for Khojaly

  • MyAzerbaijan.ORG - Электронная библиотека по Азербайджану

    İRS-Наследие. Международный Азербайджанский Журнал

    Информационно-аналитический портал Www.Gulustan.Ws
    Copyright MyCorp © 2024