«Azadlıq» radiosu – ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün «Azadlıq» radiosunun verilişlərini dinləyir.
«Azadlıq» radiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan, Münhen şəhərindən efirə çıxıb. 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə «Azadlıq» radiosu Münhendən Praqaya köçüb. |